LİNKLƏR

SORĞU

Baş səhifə | İşğal prosesi


Ermənistan-Azərbaycan münaqişəsi Zəngilan rayonunda 1990-cı ildən daha tez-tez hiss olunmağa başladı. Ermənilər dəmir yolunu bağlayaraq qatarları saxlayır və adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhalidən təşkil olunmuş özünümüdafiə dəstələri ov tüfəngləri ilə silahlandığı halda, düşmən silah və texnika ilə təchiz edilmişdi. 1992-ci ilin əvvəlindən etibarən ermənilər rayona davamlı olaraq hücumlar etməyə başladılar. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın etdilər. Bu dövrdən başlayaraq döyüşlər daha intensiv xarakter almışdı.

Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə daxil olaraq evlərə od vurdular. Rayonda ilk olaraq bu kəndlər ermənilərin işğalına məruz qaldılar. İki həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də, Seyidlər kəndi mühasirədə qaldı. 
Ermənilərin növbəti hücumu iyunun 29-da oldu. Ağır döyüşlər zamanı hər iki tərəf itkilər verdi. İyulun 6-da düşmən rayon mərkəzini atəşə tutmağa başladı. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qaldı. Oktyabrın 20-də isə ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası qoyulur. 

1993-cü ildə döyüşlər ara vermir. Yaz fəslində ermənilərin hücumları bir qədər də intensivləşir. Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. İki gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Düşmən rayon mərkəzini intensiv olaraq ağır artilleriya atəşinə tutur. Belə bir şəraitdə baxmayaraq əhali təslim olmur, düşmən hücumları dəf edilirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrilmişdi. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər. 
Ciddi müqаvimətə bахmаyаrаq, vəziyyət daha da çətinləşirdi. Çünкi düşmən döyüşə əlаvə qüvvələr cəlb еdir, təzyiqi аrtırırdı. Dörd gün ərzində əsаsən Mеhri, Qаfаn, Gоrus ərаzilərindən аrаmsız hücumа кеçməкlə qüvvələrimizi bu istiqаmətə cəlb еdən düşmən bеşinci gün - окtyаbrın 27-də səhər Cəbrаyıl-Qubаdlı istiqаmətindən cəbhəni yаrdı.
3 istiqamətdə hücuma keçən ermənilər rayonu mühasirəyə aldılar:
- Mehri istiqamətində hərəkət edən düşmən yüksəklikləri ələ keçirib, Vejnəli və Ağbənd kəndlərini işğal etdilər.
- Qafan istiqamətində hərəkət edib Bürünlü, Şayıflı, Göyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıxdılar.
- Qubadlının işğal edilmiş ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbis kəndləri və Ağbis yüksəkliklərini ələ keçirirlər.

Oktyabrın sonunda Horadiz qəsəbəsi işğal olunduqdan sonra rayon  mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuşdu. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı.
Təxminən 34 min əhali İran sərhədinə - Araz çayının kənarına toplaşmışdı. Gur sulu Araz çayını isə keçmək mümkün deyildi. O zaman Heydər Əliyev İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib İran vasitəsilə Azərbaycanın müxtəlif regionlarına pənah gətirirlər. 




FOTO QALEREYA


VİDEO QALEREYA